Bu sayt Harun Yəhyanın əsərlərindən faydalanılaraq hazırlanıb                                                                                                                 Həyata baxışınızı dəyişdirəcək əsərlər            www.az.harunyahya.org                                                                                                                                                                                                 Bu saytda istifadə olunan bütün materialı Saytı qaynaq göstərərək müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz
Quranİ Kərİm Allahın İsİmlərİ Məqalələr Dİgər saytlar

                    
                    ANA SƏHİFƏ
 

QÜSURSUZ BİR SİSTEMLƏ İÇ-İÇƏ YAŞAYIRIQ

Bizlər atomlardan əmələ gələn bir vücudla yaşayır, havadakı atomlarla nəfəs alır, qidadakı atomları yeyir, su atomlarını içirik. Gördüklərimiz isə gözümüzdəki atomların elektronlarının fotonlarla çarpışmasından başqa bir şey deyil. Toxunaraq hiss etdiyimiz nə varsa, onlar da öz növbəsində, dərimizdəki atomların əşyaların atomlarını itələməsindən ibarətdir...

Əlbəttə, bu gün insanların çoxu bədənlərinin, dünyanın, qısası, hər şeyin atomlardan ibarət olduğunu bilirlər. Amma bəlkə də bu günə qədər «atom» adlandırdığımız nəsnənin necə bir sistemə və quruluşa sahib olduğunu düşünməyiblər. Düşünəndə isə bu fövqəladə sistemin incəliklərinə getməyiblər, fikirləşiblər ki, bu, fiziklərin işidir. Halbuki, insan həyatı boyunca bu qüsursuz sistemlə iç-içə yaşayır. Özü də bu, elə bir sistemdir ki, təkcə oturduğunuz stulu əmələ gətirən trilyonlarla atomun hər biri haqqında kitab yazılcaq qədər mürəkkəb quruluşa sahibdir. Təkcə bir atomun yaranmasını, sistemini, gücünü izah etmək üçün böyük-böyük kitablar yazılmalıdır. Texnologiya inkişaf etdikcə və kainat haqqındakı bilgilərimiz artdıqca, bu kitabların sayı daha da çoxalır...

Yaxşı, bəs bütün bu sistemlər necə yaranıb? Böyük Partlamanın ardınca ətrafa səpələnən hissəciklər atom yarada, sonra da təsadüfən uyğun şərait yarana və bu atomlar maddəyə dönə bilməzdilər. Bu dərəcədə mükəmməl sistemi şübhəsiz ki, heç vaxt təsadüflərlə izah etmək olmaz. Çünki ətrafımızda gördüyümüz və görmədiyimiz nələr varsa, hamısı atomlardan ibarətdir və bu atomlar son dərəcə mürəkkəb şəkildə hərəkət edirlər. Bəs bu hərəkəti kim yönəldir? Vücudumuzun sadəcə atomlardan ibarət olduğunu düşünsək, onlardan hansı hansını idarə edir? Digər atomlardan fərqlənməyən beyninizin atomlarımı? Əgər beyin atomlarının digərlərini idarə etdiyini desək, onda bu sualları cavablandırmaq gərəkdir:

³ Əgər beyin atomlarının hamısı idarəedicidirsə, öz aralarında necə və nəyə əsasən qərar verirlər?

³ Beyni əmələ gətirən trilyonlarla atom öz aralarında necə işbirliyi qururlar?

³ Nəyə görə trilyonlarla atomdan heç biri bu qərara etiraz etmir?

³ Atomlar arasında rabitə necə yaranır?

Bu sualların qarşılığında beyni əmələ gətirən trilyonlarla atomun hamısının birdən idarəedici olduğunu söyləməyin nə qədər məntiqsiz görünəcəyi aydındır. Yaxşı, bəs bu trilyonla atomun sadəcə birinin başçı olması, qalanlarının isə onun əmrlərinə uyğun hərəkət etmələri necə ağla batırmı? Bu zaman isə ortaya daha qəliz suallar çıxır:

³ Məhz hansı atom idarəçidir və onu kim, nəyə görə bu vəzifəyə seçib?

³ Bu atom beynin harasında yerləşir?

³ Onun digərlərindən fərqi nədir?

³ Nəyə görə qalan atomlar şərtsiz-filansız onun əmrlərinə uyğun hərəkət edirlər?

Bu sualların cavabına keçməzdən öncə, qeyd edək ki, haqqında danışdığımız «idarəçi» atom da başqaları kimi, eyni hissəciklərdən yaranıb. Bu hissəciklər nə üçün və nəyə görə «idarəçi» atomu yaratmaq məqsədilə bir araya gəliblər? Həmin hissəciklərin özünü kim idarə edir? Və əgər onları başqa bir qüvvə yönəldirsə, yaratdıqları atomun «idarəedici» olduğunu demək nə dərəcədə düzdür?

Bax, bu suallar açıq-aşkar göstərir ki, beynimizdəki atomların hansınınca idarəedici olduğunu demək absurddur. İnsanlar, heyvanlar, bitkilər, daş-torpaq, hava, su, əşyalar, planetlər - hər şey atomdan yaranıbsa, kainatdakı bu sonsuz saydakı atomlar bir-birilə necə uyğunlaşır və sabit sistemlər yaradırlar? Onların hamısı eyni hissəciklərdən ibarətdirlərsə, içlərindən biri necə «idarəedici» ola bilər? Bunu iddia etmək ya işi təsadüflərə bağlamaq, ya da aləmləri yaradan Allahın varlığını danmaq, Quranda da deyildiyi kimi, «vicdanları qəbul etdiyi halda, zülm və lovğalıqdan Rəbbini inkar etmək»dir («Nəml» surəsi, 14).

Düşünün ki, atomların müxtəlif biçimlərdə bir araya gəlməsilə formalaşan insan dünyaya gəlir, atomlarla bəslənir, böyüyür. Sonra atomlardan ibarət binada atomlardan ibarət kitabları oxuyur. Sonra ona atomlardan oluşan və üzərində «atom mühəndisi» yazılan bir diplom veririlər. Amma o, durub «bu atomlar şüursuzdur, onların möhtəşəm düzəni də təsadüfən yaranıb» kimi sözlər danışır. Əgər belədirsə, onun özü bunları demək üçün tələb olunan şüur, iradə və zəkanı hardan alır?

Əlinizdəki bu kitabın hər səhifəsində kainatda canlı-cansız nə varsa, hamısını yaradan atomların öz-özünə və ya təsadüfən meydana gəlməsinin imkansızlığına dönə-dönə əmin olduq. Bütün bu deyilənlərə rəğmən, hələ də kainatın təsadüfən və ya «eksperimentlər» yoluyla yaranaraq, bu günkü hala gəldiyini düşünənlərə söylədiyimiz Həzrəti İbrahimin inkarçılara dediyindən artıq olmayacaq:

«Allahın verdiyi hökmranlıq üzündən İbrahimlə Rəbbi barəsində mübahisə aparan şəxsi görmədinmi? İbrahim «Mənim Tanrım həm öldürür, həm də dirildir», - dediyi zaman o, «mən də həm dirildir, həm də öldürürəm», - demişdi. İbrahim ona: «Allah Günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur», - dedikdə, o kafir dönüb qalmışdı. Həqiqətən, Allah özünə zülm edənləri düz yola yönəltməz!» («Bəqərə» surəsi, 258).