Bu sayt Harun Yəhyanın əsərlərindən faydalanılaraq hazırlanıb                                                                                                                 Həyata baxışınızı dəyişdirəcək əsərlər            www.az.harunyahya.org                                                                                                                                                                                                 Bu saytda istifadə olunan bütün materialı Saytı qaynaq göstərərək müəllif haqqı ödəmədən istifadə edə bilərsiniz
Quranİ Kərİm Allahın İsİmlərİ Məqalələr Dİgər saytlar

                    
                    ANA SƏHİFƏ
 

NİYƏ?

Bu sual, cavabını tapanda insanı bambaşqa bir dünyaya aparacaq qapının açarıdır. Eyni zamanda, bilənləri bilməyənlər-dən ayıran incə bir cizgidir...

İnsan yaşadığı dünyada daim «nə», «niyə» və «necə» kimi suallara cavab arasa da, onların ardınca düşəndə olduqca qısa bir yol qət edə bilir. İnsan yaşadığı dünyanın fövqəladə dü-zən və tarazlığı barədə suallara cavab aramazsa, gerçəyə doğru gedən yolda irəliləməsi mümkün deyil.

Bu kitabda canlı-cansız hər şeyin təməli olan atom möv-zusunu incələyəcəyik. Atomla bağlı nələrin necə gerçəkləşdiyini biləndən sonra «niyə» sualına cavab arayacağıq. Elə bu sualın son cavabı da bizi arxasınca düşdüyümüz mütləq həqiqətə qo-vuşduracaq. Həmin cavabı isə İlahi bir rəhbər olan və hər şeyə açıqlama verən Quranda tapacağıq.


XIX əsrin birinci yarısından bu yana yüzlərlə elm adamı atomun sirlərini açmaq üçün gecə-gündüz çalışıblar. Atomun şəkli, hərəkəti, quruluşu və digər özəlliklərini üzə çıxaran bu ça-lışmalar maddəni əzəli və əbədi bir varlıq olaraq qəbul edən klassik fizikanı kökündən sarsıtdı və modern fizikanın təməlini qoydu. Eyni zamanda, bu çalışmalar özlərilə bir çox yeni suallar da ortaya çıxardılar.

Bu suallara cavab arayan xeyli fizik sonda bütün kainatda olduğu kimi, atomda da qüsursuz bir düzən, po-zulmaz tarazlıq olduğu haqda ortaq məxrəcə gəldilər.

Bu gerçək hələ 14 əsr öncə Allah qatından endirilən Quranda açıqlanmışdı. Quran ayələrində açıq-aşkar bildirilir ki, bütün kainat mükəm-məl bir düzən (sistem) içində işləyir. Çünki Yer, göy və bu ikisi-nin arasındakı hər şey sonsuz güc və ağıl sahibi olan Allah tərə-findən yaradılıb.

Allahın yaratdığı hər şeyin fövqəladə dərəcədə mükəmməl olması və qüsursuz düzən içində işləməsi isə əlbəttə ki, çox təbiidir. Qəribə odur ki, insan öz vücudu da daxil olmaq-la, gördüyü, duyduğu və bildiyi hər yerdə qarşısına çıxan son-suz möcüzələrdən təsirlənmir və bütün bunların nəyə görə ona göstərilməsini düşünmək istəmir.

Oxumaqda olduğunuz «Atomdakı Möcüzə» adlı bu ça-lışma elmi bir mövzunu incələməklə yanaşı, bu günə qədər adət etdiyiniz elmi kitablardan fərqlənir. Bu əsər həm canlıların, həm də cansızların «inşaat materialı» olmaq kimi son dərəcə əvəzsiz bir özəlliyə sahib olan atomu «nə» və «necə» sualları prizmasın-dan incələyərək, «niyə» sualının cavabına qapı açır. Bu qapıdan keçəndə isə Alahın ağlının, bilgisinin üstünlüyü və bütün varlıq-ları içinə alması açıqca gözlər önünə səriləcək.

«Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi və əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa, hamısı Onundur. Allahın izni ol-madan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Al-lahın elmindən Onun özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyil. Ən uca və ən böyük varlıq da Odur! («Bəqərə» surəsi, 255).