ATOMUN YARANMA MACƏRASI
Azman hüdudlarıyla insan ağlının qavrama sərhədlərini məhdudlaşdıran kainat yarandığı ilk andanca həssas tarazlıq və düzən içində qüsursuz işləməkdədir. Bu nəhəng kainatın necə yarandığı, hara getdiyi, necə işlədiyi bütün dövrlərdə insanları maraqlandırıb, düşündürüb və elə indi də belədir. Elm adamları bununla bağlı saysız araşdırmalar aparıb, xeyli tezis və nəzəriyyələr irəli sürüblər. Kainatdakı düzəni, sistemi ağıl və vicdanlarıyla dəyərləndirən elm adamları üçün onun yaranmasıyla bağlı sualları cavablandırmaq çətin olmayıb. Çünki düşünən və dərk edən insan üçün bu qüsursuz layihənin bütün kainata hakim olan Allah tərəfindən yaradıldığı gözlər önünə sərilmiş aşkar bir həqiqətdir. Allah bu gerçəkliyi Quranda belə bildirib: «Həqiqətən, göylərin və yerin yaradılması, gecəylə gündüzün birbirini əvəz etməsi ağıl sahibləri üçün dəlillərdir» («Aliİmran» surəsi, 190).
Fəqət yaradılış dəlillərinə göz yummağa çalışan elm adamları illərdir ki, ardıarası kəsilməyən bu suallara cavab verməkdə çətinlik çəkirlər. Elmi gerçəkliklərə dabandabana zidd olan boş nəzəriyyələrini qorumaq üçün onlar hətta demaqogiyaya, saxta dəlillərə əl atmaqdan da çəkinmirlər. Amma 21ci əsrdə elmin inkişafı bir gerçəyə işarə edir: Kainat üstün bir güc və sonsuz elm sahibi olan Allah tərəfindən yoxdan var edilib.
Kainatın yaradılışı
İnsanlar yüzillərdir ki, «kainat necə yarandı?» sualına cavab axtarırlar. Tarix boyunca bununla bağlı minlərlə model yaradılıb. Lakin bu nəzəriyyələr incələnəndə bəlli olur ki, hamısı təməldə iki modeldən birinin üzərində qurulub. Bunlardan biri artıq heç bir elmi dayağı və əsası qalmayan «sonsuz kainat», ikincisi isə hazırda bütün elmi çevrələrdə qəbul olunan «böyük partlama» modelidir. Birinci model kainatının nə başlanğıcı, nə sonu olmadığını, ikincisi isə əksinə, böyük bir partlama nəticəsində yarandığını və durmadan genişləndiyini nəzərdə tutur. Artıq keçərliyini itirimiş birinci model kainatın hüdudsuz, əzəli və əbədi olduğunu, həmişə də indiki kimi qalacağını nəzərdə tutur. Bu nəzəriyyə əski Yunanıstanda yaranmış, daha sonra Avropa intibahı dönəmində yenidən gündəmə gəlmiş, materialist fəlsəfənin əsasında durmuşdu. Əslində, intibah elə əski yunan filosoflarını incələmək üzərində qurulmuşdu. Beləcə, materialist fəlsəfə və onun dəstəklədiyi sonsuz kainat anlayışı fəlsəfə və ideologiyanın tozlu rəflərindən çıxarılaraq, elmi gerçək kimi insanlara təqdim olundu. Karl Marks, Fridrix Engels kimi materialist filosoflar öz fikirlərini məhz bu zəmində formalaşdırıb, gəlişdirmişdilər. Həm də bu səbəbdən «sonsuz kainat» ideyası XX əsrə gəlib çıxmışdı. Ötən əsrin ilk yarısına qədər gündəmdə olan bu modelə görə, kainat yoxdan var edilməyib və heç vaxt da yox olmayacaq. Guya kainatın durğun (statik) bir quruluşu var. Halbuki, elmin inkişafı nəticəsində əldə olunan bilgilər bu nəzəriyyənin heç daşını daş üstündə də qoymadı. Bəlli oldu ki, kainıt sonsuz deyil əvvəli olduğu kimi, sonu da olacaq.
Kainatın sonsuzluğu fikri həmişə dinsizliyin və Allahı inkar edən ideologiyaların dayaq nöqtəsi olub. Çünki kainatın başlanğıcı və sonu olmaması haqda müddəalar eyni zamanda, onu yaradanın da olmaması fikrinə gətirib çıxarırdı. Amma elmin inkişafı materialistlərin bu iddiaların keçərsizliyini sübut edərək, kainatın «Böyük partlama» adlandırılan proses nəticəsində yoxdan var edildiyini tutarlı arqumentlərlə ortaya qoydu. Yoxdan var edilmənin isə tək bir adı vardı: Yaradılış! Yəni bütün kainat sonsuz qüdrət sahibi olan Allah tərəfindən yaradılıb.
Ünlü ingilis astronomu Fred Hoyl (Sir Fred Noyle) da bu nəzəriyyədən rahatsız olanların biriydi. Hoyl «steadystate» (sabit durum) adlı nəzəriyyəylə kainatın genişləndiyini qəbul etməklə yanaşı, onun məkan və zaman baxımından sonsuz olduğunu iddia edirdi. Bu modelə görə, kainat genişləndikcə gərəkli miqdarda maddə birdənbirə, özüözünə var olmağa başlayır. «Sonsuz kainat» fikrini dəstəkləmək üçün son dərəcə qəliz və ağlasığmaz açıqlamalarla ortaya atılan bu nəzəriyyə elmi olaraq sübuta yetirilən «Big Bang» (Böyük partlayış) modeliylə dabandabana ziddir. Onlar bu gerçəyə qarşı dirənməyə davam etdilər, amma elmi kəşflər getdikcə gectez hamıya qalib gəlirdi.
Kainatın genişlənməsi və Big Bang gerçəyi
XX əsrdə Astronomiya elmi xeyli inkişaf etdi. Öncə 1922ci ildə rus fiziki Aleksandr Fridman kainatın durğun (statistik) quruluşa sahib olmadığını aşkarladı. Eynşteynin nəzəriyyələrinə əsaslanan Fridman hesabladı ki, kainat hərəkətdədir və bu hərəkət genişlənmə, yaxud yığılma ola bilər. Fridmanın hesablamalarının önəmini dərk edən ilk adam isə Belçikanın ən ünlü səma bilicisi Corc Lemetr (Georges Lemaitre) oldu. Lemetr dəqiqləşdirdi ki, kainatın bir başlanğıcı olub və həmin başlanğıcdan üzübəri sürəkli şəkildə genişlənir. Belçikalı alimin fikirlərindəki daha bir önəmli məqam isə o idi ki, həmin başlanğıc anındakı partlamadan «artıq» qalan bir radiasiya olmalıydı və bu, hesablana bilərdi. Lemetr əvvəlcə elmi dairələrdə ciddi qarşılanmayan və dəstək almayan bu fikirlərin doğruluğuna əmin idi. Çünki kainatın genişlənməkdə olmasına dair başqa arqumentlər də birbir ortaya çıxırdı.
Bu arada Edvin Habbl (Edwin Nubble) adlı bir amerikalı astronom düzəltdiyi nəhəng teleskopla səmanı incələyərkən ulduzların uzaqlaşmalarıyla bağlı olaraq qırmızımtıl işıq yaydıqlarını üzə çıxardı. O, Kaliforniyadakı Mount Vilson (Mount Wilson) rəsədxanasındakı bu kəşfilə sabit kainat nəzəriyyəsini ortaya atan və illərcə dəstəkləyən bütün elm adamlarına meydan oxuyaraq, həmin təsəvvürləri kökündən sarsıtdı. Habblın kəşfi göstərirdi ki, müşəhidənin aparıldığı nöqtəyə yaxınlaşan ulduzun işığı spektrin bənövşəyi, uzaqlaşan ulduzun işığı isə qırmızı rənginə doğru dəyişir. Yəni Kaliforniyadakı Mount Wilson rəsədxanasından izlənən ulduzlar dünyamızdan uzaqlaşmaqdaydılar. Məntiqi olaraq başa düşmək çətin deyil ki, ulduzlar təkcə bizdən yox, həm də birbirlərindən uzaqlaşırlar. Bu isə elə... kainatın genişlənməsi deməkdir!
Devid Filkinin (David Filkin) «Sterhen Nawking's Universe» adlı kitabında həmin məsələ belə şərh edilib:
Heç iki il keçmədi ki, Lemetr gözləmədiyi bir xəbər aldı. Habbl qalaktikalardan gələn işığın spektrinin qırmızıya doğru dəyişdiyini aşkarlamışdı, bu isə Doppler effektinə görə, elə kainatın genişlənməsi deməkdir. Artıq hər şey sadəcə, zamana bağlıydı. Eynşteyn Habblın çalışmalarıyla ilgilənirdi və Mount Wilson rəsədxanasında onunla görüşmək fikrinə düşmüşdü. Eyni vaxtda Lemetr də Kaliforniya Texnoloji İnstitutunda konfrans keçirmək qərarına gəldi və Eynşteynlə Habblı görüşdürməyi bacardı. Özünün «ilk atom» ideyasını anladaraq, kainatın «dünəni olmayan bir gündə» yaradıldığını söylədi. Bütün lazımlı riyazi hesablamaları artıq aparmışdı. Lemetr sözünü bitirəndə qulaqalarına inana bilmədi. Çünki Eynşteyn ayağa qalxıb, bu fikirlərin indiyə qədər eşitdiyi «ən gözəl və qaneedici şərh» olduğunu etiraf edərək, kainatı sabit və dayanıqlı təsəvvür etməyin bəşəriyyətin ən böyük xətası olduğunu bildirdi.1
Bəli, dünyanın ən dahi alimlərindən olan Eynşteyni ayağa qaldıran gerçək kainatın bir başlanğıcı olması fikriydi...
Kainatın genişlənməsilə bağlı faktlar artdıqca, yeni iddiaların da ardıarası kəsilmirdi. Bu gerçəyi əsas tutaraq yola çıxan elm adamları, Lemetrin dediyi kimi, «zamanı geriyə fırladanda» getdikcə kiçilən, sonunda nöqtə boyda qalan kainat modeliylə qarşılaşdılar. Riyazi hesablamalar bütün kainatdakı maddənin qaynağı olan bu nöqtənin dəhşətli cazibə qüvvəsi səbəbindən «sıfır həcmə» sahib olacağını göstərdi. Demək, kainat sıfır həcmə malik bir nöqtənin partlamasıyla ortaya çıxmışdı. Bu partlayışa «Big Bang» (Böyük partlayış) adı verildi.
Big Bangın göstərdiyi önəmli bir gerçək vardı: «sıfır həcm» elə yoxluq demək olduğuna görə, kainat yoxdan var olub. Bu isə, kainatın bir başlanğıcı olduğu deməkdir! Beləliklə, materializmin «kainat əzəli və əbədidir» iddiası darmadağın edildi.
«Böyük partlayış»ın dəlilləri
Kainatın böyük bir partlama nəticəsində yaranmağa başlaması gerçəyi təsdiqini tapandan sonra astrofiziklər bu yöndə araşdırmalarını sürətləndirdilər. Corc Qamova (George Gamov)görə, əgər kainat bir partlamadan yaranıbsa, demək, həmin partlayışdan sonra «artıq qalan» radiasiya fəzaya dağılmalıdır. Bu versiyanın yayıldığı illərdə bütün elmi tapıntılar Big Bangı təsdiqləyəcək şəkildə ardarda sıralanırdı. 1965ci ildə Arno Penzias (Arno Penzias) və Robert Uilson (Robert Wilson) adlı iki araşdırmaçı təsadüf nəticəsində həmin radiasiya dalğalarını kəşf etdilər. «Kosmik fon radiasiyası» adı verilən bu radiasiya fəzadakı bəlli bir qaynaqdan yayılan hər hansı radiasiyadan fərqlənirdi. Başqa sözlə desək, konkret mənbəyi yox idi, bütün kainata yayılmışdı. Beləcə, uzun müddətdir kainatın hər yerində bərabər ölçüdə istilik dalğaları şəklində təsbit olunan bu radiasiyanın Big Bangın ilk dönəmlərindən qaldığı ortaya çıxdı. Üstəlik, bu rəqəm elm adamlarının öncədən proqnozlaşdırdıqları rəqəmə çox yaxın idi. Penzias və Uilson Big Bangı təcrübə yoluyla sübuta yetirən ilk alimlər olduqları üçün Nobel mükafatına layiq görüldülər.
Bir müddət sonra isə Corc Smut (George Smoot) və onun NASAdakı komandası kosmosa göndərilən COBE süni peyki vasitəsilə cəmisi səkkiz dəqiqə ərzində Penziasla Uilsonun ölçmələrinin doğru olduğunu təsdiqlədilər. Peykdəki həssas cihazların göstəriciləri Big Bangın həqiqət olduğunu bir daha qəti şəkildə təsdiqlədi. Həmin cihazlar Big Bangın ilk anlarındakı hərarət və sıxlığın qalıqlarını qeydə ala bilmişdilər. Beləcə, COBE Big Bangın həqiqət olduğunu aşkar dəlillərlə ortaya qoymuşdu və elmi çevrələr artıq bu açıq gerçəyi etiraf etmək zorunlaydılar.
Bir başqa dəlil isə fəzadakı hidrogen və helium qazlarının miqdarının hesablanması zamanı ortaya çıxdı. Belə ki, kainatdakı hidrogen və helium qazlarının nisbəti Big Bangdan «artıq» qalan hidrogenhelium nisbətinin nəzəri göstəricilərinə son dərəcə yaxın idi. Bu dəlillərin ortaya çıxması Big Bangın elm aləmində qəti qəbul olunmasıyla sonuclandı. Ünlü elmi jurnal olan «Scientific American» 1994cü ilin oktyabrında Big Bang modelinin «əsrimizin qəbul olunmuş yeganə modeli» olduğunu yazmışdı.
Uzun illər boyunca «hüdudsuz kainat» modelini dəstəkləmiş alimlər də birbirinin ardınca etiraflar edirdilər. Fred Hoyl ilə birlikdə uzun müddət sabit kainat nəzəriyyəsini müdafiə edən Dennis Şiama (Dennis Sciama) Big Bang gerçəyi qarşısında düşdüyü aciz durumu belə anlatmışdı:
Bir vaxtlar «sabit kainat» nəzəriyyəsini müdafiə edənlərlə ona qarşı çıxanların arasında çox sərt çəkişmə vardı. Çoxları kimi mən də inandığım üçün deyil, gerçək olmasını istədiyim üçün bu nəzəriyyəni dəstəkləyirdim. Modelin yanlışlığını göstərən dəlillər ortaya çıxdıqca həm mən, həm də Fred Hoyl onlara necə cavab verəcəyimizi bilmirdik. Amma dəlillər çoxalınca artıq oyun bitdi və «sabit durum» nəzəriyyəsini bir tərəfə atdıq.2
Allah kainatı yoxdan var edib
Beləliklə, elm inkişaf etdikcə ortaya çıxardığı dəlillər «sabit kainat» nəzəriyyəsini tarixin arxivinə göndərdi. Bunun ardınca isə daha önəmli suallar meydana çıxmağa başladı ki, onların da ən başda gələni «Böyük partlamadan öncə nə var idi» sorusudur.
«Böyük partlamadan öncə nə var idi» sualının bircə cavabı mövcuddur: yerləri və göyləri böyük bir düzən içində yaradan üstün güc və qüdrət sahibi olan Allah. İnanıbinanmamasından asılı olmayaraq, əksər elm adamları bunu qəbul etmək zorundadırlar. Hətta elmi platformada bunu qəbul etməyi özlərinə sığışdırmasalar belə, bəzi fikir və ifadələri onları ələ verir. Məsələn, ünlü ateist filosof Entoni Flu (Anthony Flew) etirafın insanın ruhuna xeyirli olduğunu deyərək, bunları bildirir:
Mən də bir etiraf edəcəyəm ateizm baxımından Big Bang modeli olduqca xoşagəlməzdir. Çünki elm faktik olaraq dinin iddiasını sübuta yetirib ki, kainatın bir başlanğıcı var. Mən hələ də ateizmə inanıram, amma etiraf edim ki, Big Bangın qarşısında ateizmi müdafiə etmək olduqca çətindir.3
İngilis materialist fiziki H.P.Lipson kimi bəzi elm adamları isə Big Bang nəzəriyyəsini istəristəməz qəbul etmək zorunda olduqlarını etiraf edirlər:
Məncə, bu nöqtədən daha da irəliyə getmək və yeganə izahın yaradılış olmasıyla razılaşmaq zorundayıq. Bunun özüm də daxil olmaqla, əksər fiziklər üçün son dərəcə xoşagəlməz və hətta ağır olduğunun fərqindəyəm, amma əgər təcrübəylə əldə olunmuş faktlar bir nəzəriyyəni doğrulayırsa, xoşumuza gəldigəlmədi, onunla razılaşmalıyıq.4
Sonucda istəsələr də, istəməsələr də, elm materialist alimlərin qarşısına tək bir gerçəyi qoyur: maddə və zaman sonsuz güc sahibi olan, göyləri, yeri və ikisinin arasında olanları qüsursuz yaradan bir Yaradıcı, hər şeyə qadir olan Allah tərəfindən yaradılıb.
«Yeddi göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, hər şeyi öz elmilə ehtiva etdiyini biləsiniz deyə, Allahın əmri onların arasında nazil olar» («Talaq» surəsi, 12).
Quranın işarələri
Big Bang modeli bəşəriyyətin kainatı tanımasına yardımçı olmaqla yanaşı, çox önəmli bir funksiyanı da gerçəkləşdirib. Öncəki səhifələrdə sitat gətirdiyimiz ateist filosof Entoni Flunun dediyi kimi, Bing Bangla birlikdə «elm dinin iddiasını sübuta yetirib». Dini qaynaqların irəli sürdüyü bu gerçək kainatın yoxdan yaradılmasıdır. Bu, elmin kəşfindən minlərcə il öncə Allahın insanlara yol göstərmək üçün göndərdiyi müqəddəs kitablarda yazılıb. Tövrat, İncil və Quran kimi ilahi kitabların hər birində kainatın və ümumiyyətlə, bütünlükdə maddənin Allah tərəfindən yaradıldığı xəbər verilib.
Bu ilahi qaynaqlar arasında təhrif edilməmiş yeganə kitab olan Quranda isə həm kainatın yoxdan yaradılışı, həm də bu yaradılışın biçimi ilə bağlı bilgilər verilib. 14 əsr öncə vəhy edilən bu bilgilər XX əsrin elmi məlumatlarıyla tamamilə düz gəlir.
Hər şeydən əvvəl, kainatın yox ikən var edilməsi Quranda belə xəbər verilir:
«Allah göyləri və yeri bir örnək olsun deyə yaratdı...» («Ənam» surəsi, 101).
Günümüzdən tam 14 əsr öncə, insanların kainatla bağlı bilgiləri son dərəcə məhdud olan dönəmlərdə Quranda bildirilən bir başqa gerçək isə eynilə Big Bang nəzəriyyəsinin önə çəkdiyi kimi, bütün kainatın çox kiçik həcmdə bir yerdən ayrılıb genişlənməklə ortaya çıxmasıdır:
«Məgər kafir olanlar göylə yer birbirinə bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi? Yenə də iman gətirməzlər?» («Ənbiya» surəsi, 30).
Bu ayənin ərəbcə orijinalında çox önəmli bir kəlmə seçimi var. Ayənin «birbirinə bitişik ikən» şəklində tərcümə edilən «ratk» kəlməsi ərəbcə lüğətlərdə «birbiriylə içiçə, ayrılmaz halda, qaynayıbqarışmış» anlamlarına gəlir. Yəni tam bir bütün halında olan iki maddəni anlatmaq üçün işlədilir. Ayədəki «ayırdıq» ifadəsi isə ərəbcə «fatk» felidir ki, bu da «ratk» halındakı bir nəsnəni yarıb, parçalayıb, dışarı çıxarmaq anlamına gəlir. Məsələn, toxumun cücərərək, torpağı yarıb çıxması bu fellə ifadə edilir.
Bunu biləndən sonra yenidən ayəyə baxaq. Orada göylə yerin «ratk» durumunda olduğundan bəhs edilir. Ardınca isə bildirilir ki, onlar «fatk» felilə ayrılıblar. Yəni biri digərini yararaq, dışarı çıxıb. Gerçəkdən də, Big Bangın ilk anını xəyalımızda canlandıranda «kosmik yumurta» deyilən nöqtənin (gələcək) kainatın bütün maddəsini içinə aldığını görürük. Yəni hər şey, başqa sözlə, «göylər və yer» bu nöqtənin içində «ratk» halındadırlar. Ardınca həmin «kosmik yumurta» şiddətlə partlayıb, bu yolla maddələr «fatk» olub yəni yumurtanı yarıb dışarı çıxaraq, bütün kainatı əmələ gətiriblər.
Quranda bildirilən bir başqa gerçək isə elm tərəfindən ancaq 1920ci illərin sonlarında fərq edilən kainatın genişlənməsi faktıdır. Bir qədər əvvəl bəhs etdiyimiz kimi, ilk dəfə Habblın ulduzların işıq spektrinin qırmızıya doğru sürüşməsinə dayanaraq, kəşf etdiyi bu gerçək Quranda belə təsvir olunub:
«Biz göyü qüdrətimizlə yaratdıq və şübhəsiz, Biz onu genişləndirməkdəyik» («Zariyat» surəsi, 47).
Qısası, çağdaş elmin kəşfləri bir yandan materializmin ehkamlarını darmadağın edərkən, digər yandan Quran ayələrində xəbər verilən gerçəkləri bir daha təsdiqləməkdədir. Çünki kainat materialistlərin sandığı kimi, maddi dünyadakı təsadüflərlə deyil, Allahın qüdrətilə yaradılıb və Allahdan gələn bilgi şübhəsiz ki, kainatın yaradılışı haqqında ən dolğun bilgidir.
Maddənin anbaan yaradılışı
Big Bang nəzəriyyəsinin də ortaya qoyduğu kimi, Allah kainatı yoxdan var edib. Bu böyük partlama hər yönüylə insanı düşündürən, təsadüflərlə izah edilməyəcək incə təfərrüatlar və detallarla doludur.
Partlamanın hər anındakı istilik, atomların sayı, o anda təsir göstərən qüvvələr və bu qüvvələrin şiddəti çox həssas göstəricilərə malik olmalıdırlar. Bu göstəricilərdən cəmisi biri uyğun gəlməzsə, bu gün içində yaşadığımız kainat var olmazdı. Həmin amillərin hansınınsa dəyəri hətta sıfıra yaxın bir həddə dəyişsə belə, kainatın yaranması prosesi pozula bilərdi.
Qısası, kainat və onun «tikinti materialı» olan atomlar Böyük Partlama anından dərhal sonra Allahın yaratdığı bu tarazlıqlar sayəsində yoxdan var olmağa başlayıb. Elm adamları bu proses zamanı meydana gələn mükəmməl fiziki qaydaların və ölçülərin düzənini (sistemini) anlamaq üçün xeyli cəhd göstəriblər. Bu gün həmin istiqamətdə çalışan alimlərin qəbul etdikləri gerçəklər bunlardır:
«0» anı: Nə maddənin, nə də zamanı mövcud olduğu və partlayışın baş verdiyi bu an fizikada t = 0 anı olaraq qəbul edilir. Yəni t = 0 anında heç bir şey yoxdur. Yaradılışın başladığı bu andan öncəni anlamaq və təsvir etmək üçün o dönəmdə mövcud olan fiziki qanunları (təbiət qanunlarını) bilməliyik. Çünki hazırkı fiziki qanunlar o vaxt keçərli olmayıb.
Fizikanın dərk edə bilmədiyi olaylar ən kiçik zaman aralığı olan 1043 saniyədən etibarən başlayır. Bu, insan ağlının əsla qavraya bilməyəcəyi bir zaman dilimidir. Bəs hətta təsəvvürümüzə belə gətirə bilmədiyimiz bu zaman aralığında nələr olub? Fiziklər bu günə qədər həmin anda baş verə biləcək prosesləri bütün detallarıyla açıqlayan bir nəzəriyyə ortaya çıxarmağı bacarmayıblar.5 Çünki hesablama aparmaq üçün tələb olunan faktlar yoxdur. Riyazi və fiziki qaydaqanunlar bu nöqtədən o yana keçə bilmirlər. Yəni hər bir detalı çox həssas dəngələrlə qurulmuş bu partlamanın öncəsi də, onun ilk anları da çağdaş elmin və insan beyninin qavrama gücünün xaricindədir. Zamanın olmadığı bir andan başlayan bu yaradılış anbaan maddənin və fiziki qanunların ortaya çıxmasını təmin edib.
İndi isə bu partlama zamanı çox qısa bir müddətdə böyük dəqiqlik və həssaslıqla meydana gələn olaylara nəzər salaq. Öncə də dediyimiz kimi, fizikada hər şey 1043 saniyə sonrasından etibarən hesablana bilir və ancaq bu andan sonra enerji və zaman qeydə alınır. Yaradılışın bu anında temperatur 1032 (100.000.000.000.000.000.000.000.000.000.000) dərəcə olub. Müqayisə etsək, günəşin hərarəti milyonlarla (108), günəşdən çox böyük ulduzların istiliyi isə milyardlarla dərəcələrlə (1011) ifadə edilir. Və indiyə qədər təsbit olunmuş ən yüksək hərarətin milyardlarla dərəcə həddində olduğunu nəzərə alsaq, 1043 anındakı temperaturun nə dərəcədə yüksək olduğunu müqayisəyə gətirmək mümkündür.
1043 saniyəlik bu dövrdən bir pillə irəli gedib, saniyənin 1037 olduğu zamana gələk. Bu iki müddət arasındakı zaman fərqi biriki saniyə kimi deyil, saniyənin katrilyon dəfə katrilyonda biri qədərdir! Bu anda hərarət yenə də fövqəladə yüksək olub, 1029 (100.000.000.000.000.000.000.000. 000.000)0C dəyərindədir. Bu pillədə hələ atomlar yaradılmayıb.6
Bir addım daha atıb, 102 saniyəlik dönəmə girək. Bu dövr saniyənin yüzdə biri qədərdir. Burada artıq «ilkin kainat» formalaşmağa başlayıb. Daha atom nüvəsini əmələ gətirən proton və neytron kimi hissəciklər gözə dəymir. Ortada sadəcə elektron və onun əksi olan pozitronlar var. Çünki kainatın o andakı hərarət və sürəti yalnız bu hissəciklərin yaranmasına imkan verir. Partlamadan heç bir saniyə belə keçməmiş, artıq elektron və pozitronlar yaranıb! Bu məqamdan sonra yaranacaq hər atom hissəsinin məhz hansı anda ortaya çıxacağı çox önəmlidir. Çünki mövcud fiziki qanunların formalaşması üçün hər bir hissəsicik xüsusi anda ortaya çıxmalıdır. Hansının öncə, hansının sonra yaranacağı çox mühümdür. Bu ardıcıllıq hətta ən kiçik bir şəkildə pozulsaydı belə, indiki kainat formalaşa bilməzdi...
Burada dayanaraq, bir az düşünək.
Böyük Partlama nəzəriyyəsi kainatı əmələ gətirən bütün maddənin yoxdan ortaya çıxdığını göstərməklə Allahın varlığına aid bir dəlil ortaya qoymuş oldu. Amma məsələ bununla bitmədi, Böyük Partlamanın ardınca heç bir saniyə belə keçməmiş, atomun hissəciklərinin də yoxdan var edildiyi bəlli oldu. Bu hissəciklərin sahib olduğunu inanılmaz dəngə və düzənə diqqət etmək gərəkdir. Qarşıdakı səhifələrdə incəliklərinə qədər anladacağımız bu dəngə (tarazlıq) sayəsində kainat bu günkü durumundadır və bizlər də rahatca yaşaya bilirik. Qısası, böyük bir qarışıqlıq və xaos yaratması gözlənilə bilən partlayışın ardınca mükəmməl bir düzən, bizim «fizika qanunları» adlandırdığımız dəyişməyən qanunlar ortaya çıxıb. Bu isə, Böyük Partlama da daxil olmaqla, kainatın yaradılışından üzübəri hər an qüsursuz şəkildə nizamlandığını və idarə olunduğunu göstərir.
İndi isə prosesin inkişafını qaldığımız yerdən izləməyə davam edək. Bir pillə sonraya partlayışdan 101 saniyənin keçdiyi ana gələk. Burada hərarət 30 milyard dərəcədir. t=0 anından bura qədər hələ 1 saniyə də keçməyib. Ancaq atomun digər hissəcikləri olan neytron və protonlar artıq bəlirlənməyə başlayıb. Sonrakı bölümlərdə qüsursuz yaradılışlarını incələyəcəyimiz neytron və protonlar beləcə, bir andan da qısa müddət ərzində yoxdan var ediliblər.
Partlamadan sonrakı 1ci saniyəyə gələk. Həmin andakı maddənin sıxlığına nəzər salanda son dərəcə fövqəladə bir rəqəmlə rastlaşırıq. Hesablamalara görə, o dönəmdəki mövcud kütlənin sıxlığı 3,8 milyard kq/litrdir. Bu rəqəmi riyazi şəkildə kağızda göstərmək asan olsa da, tam qavramaq mümkün deyil. Onun nə qədər böyük olduğunu daha asan şəkildə anlatmaq üçün belə bir örnək gətirək: əgər Everest zirvəsi bu sıxlığa sahib olsaydı, onun cazibə qüvvəsi Yer kürəsini bir andaca udardı.7
Daha sonrakı zaman diliminin ən əsas xüsusiyyəti isə istiliyin xeyli azalmasıdır. Kainat təxminin 14 saniyəlik ömrə sahib olanda temperaturu 3 milyard dərəcəyə düşüb, özü isə çox müdhiş bir sürətlə genişlənməkdə davam edib. Hidrogen və heliumda olduğu kimi dayanıqlı atom nüvələri də məhz bu dönəmdə formalaşıb. Yəni bir protonla bir neytronun ilk dəfə eyni araya gəlməsi üçün şərait yaranıb. Kütlələri var ilə yox arasında olan bu iki hissəcik fövqəladə cazibə yaradaraq, müdhiş yayılma sürətinə qarşı durmağa başlayıblar.
Göründüyü kimi, son dərəcə planlaşdırılmış və nəzarətdə saxlanılan prosesin getdiyi bəllidir. Ağılalmaz bir partlamanın ardınca həssas düzən və tarazlıq yaranır. Protonlar və neytronlar bir araya gələrək, maddənin əsası oan atomu formalaşdırmağa başlayırlar. Həmin hissəciklərin özləri təbii ki, birləşərək atom yaratmaq və bu zaman bütün qüvvələrin tarazlığına əməl etmək üçün gərəkən gücə və bilgiyə sahib deyillər.
Həmin proses start götürəndə kainatın istiliyi artıq 1 milyard dərəcəyə düşmüşdü. Bu, Günəşin mərkəzindəki hərarətdən 60 dəfə çoxdur. ...İlk andan 3 dəqiqə 2 saniyə keçib. Artıq foton, proton, antiproton, neytron və antineytron kimi atom hissəcikləri əmələ gəlib.
Bu dönəmdə mövcud olan bütün hissəciklərin sayı və birbirlərinə təsiri çox kritikdir. Belə ki, hissəciklərin hansınınsa sayında cüzi fərq əmələ gələrsə, onların saxladığı enerji tarazlığı pozulacaq və enerjinin maddəyə dönməsi əngəllənəcək. Məsələn, elektron və pozitronlara baxaq: onlar bir araya gələndə enerji ayrılır. Bu səbəbdən, ikisinin də sayı çox önəmlidir. Tutaq ki, 10 elektronla 8 pozitron qarşıqarşıya gəlir. Bu halda onların 8i pozitronlarla qarşılıqlı təsirə girəcək və müəyyən qədər enerji ayrılacaq. 2 elektron isə sərbəst qalır. Elektron kainatın «tikinti materialının» atomun tərkib hissələrinin biri olduğundan, kainatın genişlənməsi üçün bu dönəmdə yetərincə elektronun mövcudluğu vacibdir.
Əvvəlki örnəyin üzərində düşünməyə davam edərək, tutaq ki, qarşıqarşıya gələn elektronlarla pozitronlardan ikincilərin sayı daha artıqdır. Bu halda da kainatın formalaşması prosesi əsla normal davam edə bilməyəcəkdi. Yox, əgər pozitronlarla elektronların sayı bərabər olsa, bu dəfə ortaya yalnız enerji çıxacaq, maddə yaranmayacaqdı. Amma elektronların sayındakı çoxluq sonradan kainatdakı protonların sayına bərabər olacaq şəkildə çox həsas ölçüylə tənzimlənib. Bu, sonradan yaranacaq atomlarda elektron və protonların sayının bərabər olması üçün edilib. Demək, Böyük Partlamadan sonra ortaya çıxan hissəciklərin sayı bu qədər incə bir hesabla bəlirlənib və nəticədə yaranan maddə kainatı formalaşdırıb. Prof. Dr. Stiven Uenberq (Steven Weinberg) bu hissəciklər arasındakı qarşılıqlı təsirin nə dərəcədə kritik olduğunu belə anladır:
Əgər ilk bir neçə dəqəqədə kainatda yaranan hissəciklərin sayı bərabər olsaydı, temperatur 1.000.000.000 dərəcədən aşağı düşəndə onların çoxu yox olar və sadəcə hərarətdən başqa heç nə qalmazdı. Hissəciklərin və antihissəciklərin yox olmasının ardınca maddənin yaranması üçün sadəcə pozitronlardan bir az çox elektron, antiprotonlardan bir az çox proton və antineytronlardan azca artıq neytron qalmalıydı.8
...İlk andan 34 dəqiqə 40 saniyə keçib. Kainatın yaşı artıq yarım saata yaxındır. Temperatur milyard dərəcədən düşərək, 300 milyonun üzərində dayanıb. Elektronlarla protonlar birbirlərilə çarpışaraq, enerji ayırmaqda davam edirlər. Artıq atomu yaradacaq hissəciklərin sayı maddi kainatın formalaşmasına imkan verəcək durumdadır. Partlama sürətinin nisbətən yavaşımasıyla bərabər, haradasa kütləsi belə olmayan bu hissəciklər birbirlərinin cazibəsinə düşməyə başlayırlar. Bir elektronun bir protonun cazibəsinə düşməsi sonucunda ilk hidrogen atomu yaranır. Bununla yanaşı, kainatda görəcəyimiz təməl qüvvələrlə tanışlığımız başlayır.
İnsan şüurunun qavramaq imkanında belə olmadığı qüsursuz bir layihənin nəticəsi olan bu proses çox həssas tarazlıq nəticəsində baş tutub. Bu qüsursuzluq onu araşdıran hər kəsi çox önəmli bir gerçəyə gətirib çıxarır. Ortada üstün bir yaradılış və bu yaradılışın hər anına ciddi nəzarət misalı var. Çünki partlamadan sonra meydana gələn hər hissəciyin müəyyən bir zaman anında konkret temperatura və sürətə malik olması gərəkdir. Buna nail olmaq üçün dəqiq saat mexanizmi kimi çalışan sistemin əlbəttə ki, öncədən incəliklərinə qədər qurulması və proqramlaşdırılması lazımdır. Yəni Böyük Partlama və onun sonucunda ortaya çıxan qüsursuz kainat hələ partlayışdan öncə hazırlanıb və sonra da həyata keçirilib. Onu düzənləyən, proqramlaşdıran və gerçəkləşməsinə nəzarət edən isə əlbəttə ki, hər şeyin yaradıcısı olan Allahdır.
Bu planlaşdırma təkcə atomda deyil, kainatın hər yerində müşahidə olunur. Başlanğıcda işıq sürətilə birbirindən qopub uzaqlaşan bu hissəciklər yalnız hidrogen atomu yaratmaqla qalmayıb, bugünkü kainatda gördüyümüz bütün sistemləri, qalaktikaları, kvazarları və s.i əmələ gətiriblər. Sadəcə bir atomun yaranması üçün gərəkən hissəciklərin təsadüf nəticəsində bir araya gəlib həssas tarazlıq yaratması belə mümkünsüz olduğu halda, planetlərin, ulduzların, qalaktikaların, qısası, kainatdakı bütün sistemlərin təsadüfən ortaya çıxmasını demək, əlbəttə ki, böyük bir məntiqsizlik olar. Bu bənzərsiz planlamanı quran və gerçəkləşdirən bütün kainatın yaradıcısı olan Allahdır.
Yaradılışı ayrıca bir möcüzə olan hidrogen atomunun ardınca digər atomlar da yaranıb. Amma burada belə bir sual ağla gəlir ki, digər atomlar nəyə görə yarandı, bütün proton və neytronlar hansı atomdan nə qədər yaradacaqlarına necə qərar verdilər? Bu sualın cavabı bizi yenə də eyni nəticəyə gətirir: bütün maddələrin atomlarının meydana çıxması üçün uyğun planlama və nəzarət var. Bu planlama insan şüurunun sərhədlərinə sığmır və böyük Yaradılışa işarə edir.
Böyük Partlamayla ortaya çıxan fiziki qanunlar aradan keçən təxminən 17 milyard illik zaman ərzində heç bir dəyişikliyə uğramayıblar. Üstəlik, bu qanunlar o qədər incə hesablama nəticəsində yaranıblar ki, bu günə qədər cüzi də olsa, dəyişikliyə uğramayıblar; çünki belə bir dəyişiklik bütün kainatı altüstə edə bilərdi. Bu məqamda ünlü fizik, prof. Stveni Houkinqin (Prof. Sterhen Nawking) fikirləri maraq doğurur. O, bütün bu məsələlərin əslində bizim anlaya biləcəyimizdən daha incə hesablamalar üzərində qurulduğunu belə açıqlayır:
«Əgər Big Bangdan bir saniyə sonra genişləmənin miqyası 100000 milyon dəfə milyonda bir qədər az olsaydı, kainat genişlənmək əvəzinə, öz içinə çökəcəkdi».9
Bu dərəcədə incə hesablarla baş verən Böyük Partlama zamanın, məkanın və maddənin özüözünə yaranmadığını, Alah tərəfindən var edildiyini açıqaşkar ortaya qoyur. Çünki yuxarıda anladılan olayların kor təsadüflər nəticəsində meydana gəlməsi və kainatdakı bütün maddələrin əsası olan atomları yaratması qətiyyən mümkün deyil. Bunu düşünən bütün elm adamları kainatın sonsuz bir qüdrət və qüvvət tərəfindən yaradıldığını qəbul edirlər. Ünlü astrofizik Hyu Ross (Nugh Ross) kainatı yaradanın bütün ölçülərin fövqündə olduğunu belə anladır:
Zaman olayların meydana gəldiyi ölçüdür. Əgər zaman Böyük Partlamayla birlikdə ortaya çıxıbsa, demək, kainatı yaradan səbəb zaman və məkandan qətiyyən asılı deyil. Bu, bizə Yaradanın kainatdakı bütün ölçülərin fövqündə olduğunu göstərir. Eyni zamanda Yaradanın bəzilərinin dediyi kimi, nə kainatın özü, nə də onun içindəki bir güc olmadığına dəlalət edir.10
Big Bangın ən əsas cəhətlərindən biri də odur ki, bu nəzəriyyə insanlara Allahı daha da yaxşı tanımaq imkanı verir. Kainatın içindəki bütün maddələrlə birlikdə yoxdan var edilməsi Allahın gücünün ən böyük dəlillərindəndir. Partlama zamanı enerjinin həssas dəngəsinin qorunması isə Allahın elminin sonsuzluğunu isbatlayır.
KAİNATDAKI TƏMƏL QÜVVƏLƏR
Kainatdakı fiziki qanunların Böyük Partlamadan sonra ortaya çıxdığını artıq demişik. Həmin qanunlar bu gün çağdaş fizikanın qəbul etdiyi «dörd əsas qüvvə»nin çevrəsində birləşir. Bu qüvvələr kainatdakı bütün düzəni və sistemi yaratmaq üçün Böyük Partlamadan dərhal sonra, ilk atom hissəciklərinin yaranmasıyla birlikdə formalaşıblar.
Atomlar yəni maddə kainatı ancaq bu qüvvələrin təsirilə formalaşdıra və müəyyən nizamla sistemləşdirə bilib. Bunlar cazibə, elektromaqnit, güclü və zəif nüvə qüvvələridir. Hər biri digərindən fərqli qüvvəyə və təsir sahəsinə malikdir. Güclü və zəif nüvə qüvələri sadəcə, atomun quruluşunu bəlirləyir. Digər iki qüvvə yəni cazibə və elektromaqnetizm isə atomlar arasındakı ilişgini və dolayısıyla, bütün maddi obyektlərin arasındakı münasibətləri tənzimləyir. Dünyadakı qüsursuz düzən bu qüvələrin çox həssas dəyərlərinin sonucudur. Maraqlısı isə bu qüvvələr birbirlərilə qarşılaşarkən yaranan mənzərədir. Çünki Big Bangdan sonra meydana çıxan və kainata yayılan maddələr aralarında uçurum olan bu qüvvələrə uyğun şəkildə müəyyənləşdirilib. Məhz bu təməl qüvvələr maddi kainatın yaranmasına imkan veriblər. Onların arasındakı nisbət o qədər həssas şəkildə tənzimlənib ki, ancaq və ancaq bu şəkildə maddəyə lazımi təsiri göstərə bilirlər.
İndi isə həmin qüvvələrə birbir nəzər yetirək.
1. Güclü nüvə qüvvəsi.
Kitabın əvvəlindən bu yana atomun anbaan necə yaradıldığını və bu yaradılışın həssas dəngələrini izlədik. Özümüz də daxil olmaqla, ətrafdakı hər şeyin atomlardan yarandığını və bu atomların da çoxlu hissəciklərdən yarandığını gördük. Yaxşı, bəs atomun nüvəsini əmələ gətirən bütün bu hissəcikləri bir arada tutan nədir? Bu, fizikanın tanıdığı ən böyük qüvvələrdən biri olan Güclü nüvə qüvvəsidir. Bu qüvvə atom nüvəsindəki proton və neytronların dağılmadan bir yerdə qalmasını təmin edir. Və beləcə, atomun nüvəsi yaranır. Bu qüvvə o qədər şiddətlidir ki, nüvədəki proton və neytronları az qala birbirinə yapışdırır. Buna görə də, həmin qüvvəni daşıyan çox kiçik hissəciklərə latınca «yapışdırıcı» anlamına gələn «qluon» deyilir. Bu qüvvənin və onun «yapışdırmasının» şiddəti çox həssas şəkildə tənzimlənib və protonlarlar neytronları birbirlərindən konkret lazımlı məsafədə saxlayır. Belə ki, əgər qüvvə azacıq çox olsa həmin hissəciklər birbirlərinin içinə girəcək, azca zəif olsaydı isə, dağılıb gedəcəkdilər. Özü də həmin qüvvə Böyük Partlamadan bu yana heç dəyişməyib. Bu nüvə qüvvəsi açığa çıxanda nə qədər böyük dağıdıcı gücünün olduğu isə Hirosima və Naqasakidəki faciələr göstərdi. Qarşıda incələliklərinə varacağımız atom bombasının bu qədər dağıdıcı gücə malik olmasının səbəbi məhz atom nüvəsində saxlanan həmin gücün açığa çıxmasıdır.
2. Atomun təhlükəsizlik kəməri
Zəif nüvə qüvvəsi hazırda Yer üzündəki düzəni saxlayan ən önəmli faktorlardan biridir. O, atomun daxili nizamının qorunmasına xidmət edir. Onun yaratdığı dəngə sayəsində maddələrin quruluşu pozulmur və insanlara zərər verə biləcək enerjini yaymırlar. Atomun bu tarazlığını nüvədəki protonlarla neytronların arasındakı həmin qüvvə təmin edir. Bu qüvvə özəlliklə içində çoxlu proton və neytron olan atom nüvələrində tarazlığın qorunması üçün əvəzsizdir. Və bu zaman tarazlığın qorunması üçün gərəkərsə, bir proton neytrona çevrilə bilər. Bu zaman nüvədəki protonların sayı dəyişdiyi üçün artıq atomun özü də başqa atoma çevrilir. Prosesin nəticəsi çox önəmlidir: bir atom parçalanmadan başqasına dönüb və varlığını qoruyub. Beləcə, canlılar nəzarətsiz şəkildə ətrafa dağılıb, onlara ziyan gətirə biləcək təhlükəli hissəciklərə qarşı bir növ «təhlükəsizlik kəməri» taxmış olurlar.
3. Elektronları orbitində tutan güc Elektromaqnit qüvvəsi
Bu qüvvənin kəşfi fizikada yeni bir cığır açdı. Hər cismin öz quruluşuna görə müəyyən «elektrik yükü» daşıdığı və bu elektrik yükləri arasında bir qüvvənin olduğu öyrənildi. Bu qüvvə əks elektrik yüklü hissəciklərin birbirini cəzb etməsini, eyni yüklülərin isə əksinə, itələməsini təmin edir. Nəticədə, atomun nüvəsindəki protonlarla ətrafında hərlənən elektronlar arasında qarşılıqlı cazibə yaranır. Beləcə, atomun əsas elementləri nüvə və elektronlar bir yerdə qalır. Bu qüvvənin şiddətindəki ən kiçik bir fərq elektronların ya nüvədən qopmasına, ya da əksinə, ona «yapışmasına» səbəb ola bilər. Hər iki halda da atomun və dolayısıyla, maddənin ortaya çıxması baş tutmazdı. Demək, bu qüvvə ilk dəfə ortaya çıxdığı andan etibarən sahib olduğu dəyər sayəsində nüvədəki protonlar elektronları atomun mövcud olması üçün gərəkən ən optimal qüvvəylə cəzb edirlər.
4. Kainatı nizamlayan qüvvə: Cazibə qüvvəsi
Bu, bilavasitə hiss edə bildiyimimz tək qüvvə olmasına rəğmən, haqqında çox az bilgiyə sahibik. Onun intensivliyi digər qüvvələrə nisbətən daha az olsa da, çox böyük kütlələrin birbirlərini qarşılıqlı cəzb etməsinə imkan yaradır. Kainatdakı qalaktikaların, ulduzların birbirlərinin çevrəsində qalmalarını səbəbi bu qüvvədir. Yerin və digər planetlərin Günəşin ətrafında bəlirli bir orbitdə hərlənə bilmələri də həmçinin bu qüvvəni sayəsində mümkün olur. Onun sayəsində biz Yerdə addımlaya bilirik. Bu qüvvənin dəyəri azalarsa, bütün kainat nizamını itirərək, nəhəng və dəhşətli xaosa çevrilər, insanlar Yer üzüdən qoparaq, fəza boşluğuna səpələnərlər. Qüvvə artsa isə, yenə də eyni dəhşət yaşanar: ulduzlar birbirlərinə çarpılar, dünya Günəşə yapışar, bizlər torpağın içinə girərik. Bütün bunlar çox uzaq ehtimallar kimi görünsə də, cazibə qüvvəsinin indiki intensivliyinin cüzi də olsa dəyişməsi deyilən dəhşətlərin gerçəkləşməsinə səbəb ola bilər. Bu mövzuda araşdırma aparan bütün elm adamları barəsində danışdığımız bütün təməl qüvvələrin dəqiq tənzimlənməsinin kainatın varlığı üçün çox vacib olması fikrindədir. Ünlü bioloq Maykl Denton (Michael Denton) «Nature's Destiny: Now the Laws of Biology Reveal Purrose in the Universe» (Təbiətin qədəri: Bioloji qanunlar Kainatdakı Məqsədi necə göstərir) adlı kitabında yazır:
Əgər cazibə qüvvəsi indikindən bir trilyon dəfə güclü olsaydı, kainat çox balaca və qısa ömürlü bir məkan olardı. Orta ölçülü ulduz bizim Günəşdən trilyon dəfə kiçik olar və cəmisi bir il yaşayardı. Yox, əgər cazibə qüvvəsi indikindən azca güclü olsaydı, ümumiyyətlə, heç bir ulduz və qalaktika yaranmazdı. Digər qüvvələr arasındakı dəngələr də son dərəcə həsassdır. Əgər güclü nüvə qüvvəsi azca zəif olsaydı, kainatda hidrogendən başqa heç bir kimyəvi element görməzdik. Heç bir başqa atom yaranmazdı. Eyni qüvvə əgər elektromaqnit cazibəsindən güclü alınsaydı, kainatdakı yeganə element iki protondan ibarət nüvəyə malik bir atom olardı. Bu durumda kainatda hidrogen yaranmayacaq və demək, ulduzlar və qalaktikalar da formalaşmayacaqdı. Ya da, indikinə heç bənzəməyəcəkdilər. Qısası, əgər haqqında danışdığımız təməl qüvvələr məhz bu günkü kimi olmasaydılar, onda indi nə kainat var olacaqdı, nə də həyat.11
Ünlü fizik Pol Devis isə kainatdakı fizika qanunlarının mövcud ölçülərinə heyranlığını belə ifadə edir:
İnsan kosmosu araşdırdıqca inamsızlıqdan uzaqlaşaraq, daha imanlı hala gəlir. Kainatın başlanğıcı haqda son bilgilər, onun quruluşu, getdikcə genişlənməsi və bütün bunların incə şəkildə düzənlənmiş olması insanı heyran etməyə bilməz.12
Bütün kainatda bu təməl qüvvələrlə bağlı qurulmuş üstün bir nizamlama və qüsursuz düzən hökm sürür. Bu düzənin sahibi əlbəttə ki, hər şeyi qüsursuz şəkildə yoxdan var edən Allahdır. Ən kiçik qüvvəylə ulduzları orbitlərində tutan, ən şiddətli qüvvəylə kiçik atom nüvəsini nizamlayan aləmlərin rəbbi olan Allahdır. Bütün qüvvələr onun qoyduğu «ölçü»lərə görə hərəkət edir. Allah kainatın yaradılışındakı düzənə, bəlli ölçüyə hesablanmış dəngələrə QuraniKərimdə belə diqqət çəkir:
«O Allah ki, göylərin və yerin hökmü Onundur. O heç bir övlad götürməyib; O, hər şeyi yaradıb və onu əvvəlcədən müəyyən edib» («Furqan» surəsi, 2).